“Sərsəngə Yürüş” aksiyası çərçivəsində keçirilən məqalə müsabiqəsinin mükafatlandırma mərasimi keçirildi.

Posted by

"Sərsəngə Yürüş" aksiyası çərçivəsində keçirilən məqalə müsabiqəsinin mükafatlandırma mərasimi keçirildi.“Sərsəngə Yürüş” aksiyası çərçivəsində keçirilən məqalə müsabiqəsinin mükafatlandırma mərasimi keçirildi.

"Sərsəngə Yürüş" aksiyası çərçivəsində keçirilən məqalə müsabiqəsinin mükafatlandırma mərasimi keçirildi.

"Sərsəngə Yürüş" aksiyası çərçivəsində keçirilən məqalə müsabiqəsinin mükafatlandırma mərasimi keçirildi.

"Sərsəngə Yürüş" aksiyası çərçivəsində keçirilən məqalə müsabiqəsinin mükafatlandırma mərasimi keçirildi.

"Sərsəngə Yürüş" aksiyası çərçivəsində keçirilən məqalə müsabiqəsinin mükafatlandırma mərasimi keçirildi.

10 dekabr “Beynəlxalq İnsan Hüquqları Günü” münasibətilə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA), “İnsan Hüquqları XXI-əsr Azərbaycan” Fondu və İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu öz doğma yurd-yuvalarından didərgin düşmüş, əsir, itkin və şəhid olmuş minlərlə vətəndaşımızın, habelə Sərsəng regionunda 400 000-dən artıq insanın ekoloji terrorun qurbanı olmalarının qarşısını almaq və pozulmuş hüquqlarının müdafiəsi məqsədilə jurnalistlərin, Azərbaycan Respublikasında akkreditasiya olunmuş bir neçə səfirin və səfirliklərin nümayəndə heyyəti ilə Tərtər rayonuna və onun bir sıra kəndlərinə səfər ediblər

 

Səfər zamanı Tərtər rayon Gənclər Mərkəzində yerli icra hakimiyyəti və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş keçirilib. Səfərdən sonra “Beynəlxalq İnsan Hüquqları Günü” münasibətilə həmin səfərlə əlaqədar Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA), “İnsan Hüquqları XXI-əsr Azərbaycan” Fondu və İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu səfərdə iştirak edən jurnalistlər arasında “Sərsəng humanitar faciəsinin törətdiyi fəsadlar və həmin problemin qarşısının alınması” istiqamətində yazı müsabiqəsini elan etmişdir. Bir ay davam edən müsabiqə bu gün yekun vuruldu. “İnsan Hüquqları XXI-əsr Azərbaycan” Fondunda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Vitse-prezidenti Vəli Əlibəyov, “İnsan Hüquqları XXI-əsr Azərbaycan” Fondunun prezidenti Şahin Camalov və jurnalistlərin iştirakı ilə həmin müsabiqənin mükafatlandırma tədbiri keçirildi. 1-ci yerin qalibi Süleymanova Sevinc Fərzixan qızı, 2-ci yerin qalibi Şirinov Elbar Malçı oğlu və 3-cü yerin qalibi isə Qarayev Vüsal Bəhlul oğludur. Hər üç yerin qalibi pul mükafatı və fəxri diplomlarla mükafatlandırılıblar. Müsabiqənin digər işriakçıları da təşəkkürnamə və kiçik hədiyyələrlə mükafatlandırılıblar. Müsabiqədə iştirak edən hər bir jurnalistə Sərsəng humanitar faciəsindən bəhs edən kitablar da hədiyyə olundu.