“Sərsəng su anbarı humanitar, ekoloji və texnogen fəlakət mənbəyinə çevrilib”

Posted by

"Sərsəng su anbarı humanitar, ekoloji və texnogen fəlakət mənbəyinə çevrilib"“Sərsəng su anbarı humanitar, ekoloji və texnogen fəlakət mənbəyinə çevrilib”

"Sərsəng su anbarı humanitar, ekoloji və texnogen fəlakət mənbəyinə çevrilib"

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasının Parlament Assambleyasının (AŞ PA) Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsddən sudan məhrum edilməsi üzrə məruzəçisi Milisa Markoviçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında məlumat verərək, ən böyük problemin Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması olduğunu bildirib. O, qeyd edib ki, münaqişənin sülh yolu ilə həlli üçün ilk növbədə Ermənistanın qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və işğal və təcavüz faktı aradan qaldırılmalıdır.

 

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində yaranan problemlərdən danışan nazir Sərsəng su anbarının humanitar, ekoloji və texnogen fəlakət mənbəyinə çevrildiyini bildirib.

 

M.Markoviç məruzənin əsas hədəfinin Sərsəng su anbarı, Tərtər çayı və bunun yerli əhali üçün yaratdığı problemlər olacağını qeyd edib.

 

Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Trend.az