Sərnişin avtobuslarında xüsusi cihazların quraşdırılması təklif edilir

Posted by

Sərnişin avtobuslarında xüsusi cihazların quraşdırılması təklif edilirSərnişin avtobuslarında xüsusi cihazların quraşdırılması təklif edilir

Sərnişin avtobuslarında xüsusi cihazların quraşdırılması təklif edilir

Azərbaycanda sərnişin avtobuslarında sürücülərin işləmə vaxtını və sürət həddini müəyyən edən xüsusi cihazların quraşdırılması təklif edilir.

 

Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev çıxış edib.

 

Deputat qeyd edib ki, bir sıra ölkələrdə sərnişin avtobuslarının sürücülərinin hər birinin kartı var və bu kartla sürücü 8 saatdan artıq işləyə bilməz. Onun sözlərinə görə, avtobuslarda sürət həddinə nəzarət edən cihazlar da var: “Əgər sürücü sürət həddini aşarsa, qısa xəbərdarlıqdan sonra həmin cihaz avtomobilin mühərrikini dayanır”.

 

Q.Həsənquliyev Azərbaycanda da bu cür qaydaların tətbiq edilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, Azərbaycanda sərnişin avtobuslarının sürücüləri 8 saatdan çox işləyir ki, bu da onların yorulmasına və sərnişinlərin həyatlarını təhlükə altında qoymasına səbəb olur.

 

Trend.az