Sürücülərin nəzərinə: Paytaxtın əsas prospektində yolun bir hissəsi birtərəfli bağlanacaq

Posted by

Bakının Ziya Bünyadov prospektində yolun bir hissəsi birtərəfli qaydada bağlanacaq. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, fevralın 18-dən 19-na keçən gecə, saat 00:00-dan etibarən Ziya Bünyadov prospektində su xəttinin köçürülməsi işləri ilə əlaqədar prospektin Əliyar Əliyev küçəsi ilə kəsişməsindən Əhməd Rəcəbli küçəsi ilə kəsişməsinədək hissəsi bir istiqamətdə bağlanacaq.

P.Mürsəliyev qeyd edib ki, Böyük Şor yol qovşağından 20 Yanvar dairəsi istiqamətində yol birtərəfli qaydada 3 gün bağlı qalacaq.

Trend.az