İsraildə səfərdə olan Heydər Əsədov bir sıra görüşlər keçirib

Posted by

İsraildə səfərdə olan Heydər Əsədov bir sıra görüşlər keçirib

İsraildə səfərdə olan Heydər Əsədov bir sıra görüşlər keçirib

İsraildə səfərdə olan Heydər Əsədov bir sıra görüşlər keçirib

Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədovun rəhbərlik etdiyi nümayəndə heyətinin İsrailə səfəri çərçivəsində nazir Heydər Əsədov İsrailin istixanalar sahəsində ixtisaslaşan şirkətlərinin nümayəndələri ilə görüşmüşdür.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı şirkətlər tərəfindən müxtəlif məhsulların yetişdirilməsi üzrə istixanaların quraşdırılması, həmin istixanaların müxtəlif növ kənd təsərrüfatı məhsullarının yüksək məhsuldar sortları ilə təminatı və avtomatlaşdırılmış nəzarət sistemləri ilə əlaqədar məsələlər müzakirə olunmuşdur.

Sonra nazir Heydər Əsədov İsrailin “EmeqHa’elaEggs” quşçuluq müəssisəsinin fəaliyyəti ilə tanış olmuşdur.

Daha sonra nazir Heydər Əsədov İsrailin xarici işlər naziri Aviqdor Liberman ilə görüş keçirimişdir. Görüş zamanı tərəflər iki ölkə arasında bir çox sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirmişdir.

Nazir Heydər Əsədov Azərbaycanda İsrailin mütərəqqi kənd təsərrüfatı texnologiyalarının tətbiqi üçün potensial sahələr barədə müqabil tərəfə məlumat vermişdir. Nazir Heydər Əsədov 2014-cü ilin may ayında Bakı şəhərində beynəlxalq qida sənayesi və kənd təsərrüfatı sərgisinin keçiriləcəyini bildirmiş və bu sərgidə İsrail tərəfinin hər iki ölkənin işgüzar adamları arasında əməkdaşlıq üçün vacib platforma ola biləcəyini qeyd etmişdir.

Nazir Aviqdor Liberman iki ölkə arasında yaxşı səviyyədə olan əlaqələr kontekstində kənd təsərrüfatı sahəsində də əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulamış və bu sahədə İsrail təcrübəsinin ölkəmiz ilə bölüşməyə Xarici İşlər Nazirliyi tərəfindən lazımi dəstək verməyə hazır olduğunu bildirmişdir.

Səfər çərçivəsində bu gün nazir Heydər Əsədovun İsrailin kənd təsərrüfatı və kəndin inkişafı naziri Yair Şamir ilə görüşü nəzərdə tutulmuşdur.

 

Trend.az