Son iki gündə ermənilərin atəşə tutduğu istiqamətlər açıqlanıb

Posted by

Son iki gündə ermənilərin atəşə tutduğu istiqamətlər açıqlanıbSon iki gündə ermənilərin atəşə tutduğu istiqamətlər açıqlanıb

Son iki gündə ermənilərin atəşə tutduğu istiqamətlər açıqlanıb

Müdafiə Nazirliyi bildirir ki, son iki gün ərzində cəbhədə atəşkəs rejimi 67 dəfə pozulub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, dekabrın 8-nə olan məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 21 dəfə pozulub.

 

Erməni silahlı bölmələri Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

 

Dekabrın 7-nə olan məlumata görə isə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 46 dəfə pozulub.

 

Erməni silahlı bölmələri Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

 

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

 

Trend.az