SOCAR-ın benzindoldurma kompleksində “Kiyev” aeroportunun informasiya monitoru işə salınmışdır

Posted by

SOCAR-ın “Kiyev” beynəlxalq aeroportu istiqamətində “Koltsevaya doroqa,11” ünvanında yerləşən benzindoldurma kompleksində aviareyslərin cədvəlini və statuslarını əks etdirən daha bir onlayn-monitor işə salınmışdır. Bu barədə AzərTAc-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ukraynadakı nümayəndəliyinin mətbuat xidmətindən məlumat vermişlər.

Paytaxtın “Kiyev” aeroportuna gedən yolda SOCAR-ın benzindoldurma stansiyasının müştəriləri stansiyanın ticarət zalında quraşdırılmış monitorda real vaxt rejimində təyyarələrin uçuş və enmə vaxtı, statusu, qeydiyyat terminalı və yeri barədə məlumatı izləyə biləcəklər.

Onlayn-lövhəyə məlumatlar aeroportun informasiya xidmətindən daxil olur. Bu xidmətin köməyi ilə SOCAR aeroporta gedən müştərilərinin öz vaxtını planlaşdırmasına kömək etmək niyyətindədir.

AzərTAc-ın xəbər verdiyi kimi, ARDNŞ-nin Ukraynadakı nümayəndəliyi ilk “aeroport terminalı” xidmətini Kiyevdən “Borispol” beynəlxalq aeroportu istiqamətində gedən yolun çıxışındakı benzindoldurma stansiyasında tətbiq etmişdir.

Gələcəkdə Azərbaycanın Dövlət Neft Şirkəti Ukraynada aeroportlara yaxın olan digər brend benzindoldurma stansiyalarında da belə monitorlar quraşdırmağı planlaşdırır.

AzərTAc.az