“Sənaye və tələbə” layihəsi yekunlaşıb

Posted by

“Sənaye və tələbə” layihəsi yekunlaşıb“Sənaye və tələbə” layihəsi yekunlaşıb

“Sənaye və tələbə” layihəsi yekunlaşıb

Azərbaycan Dövlət İqtisad Universiteti Tələbə Gənclər Təşkilatının (ADİU TGT) “Sənaye ili” çərçivəsində təşkil etdiyi irimiqyaslı “Sənaye və tələbə” layihəsi yekunlaşıb.

 

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqından Trend-ə verilən məlumata görə, ADİU-nun əsas tədris binasının akt zalında keçirilmiş layihənin bağlanış (final) mərasimində çıxış edən ADİU-nun tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova layihənin əhəmiyyətini vurğulayaraq, tələbələrin bu cür təşəbbüslərini yüksək qiymətləndirib.

 

Daha sonra çıxış edən ADİU TGT sədr müavini Hidayət Kərimov qeyd edib ki, “Sənaye və tələbə” layihəsinin əsas məqsədi tələbələrin sənaye sahələrinin araşdırılmasına olan maraqlarını stimullaşdırmaqdır.

 

Qeyd edək ki, “Sənaye və tələbə” layihəsinə ADİU-nun 12 fakültəsi təmsil olunub. Həmin komandalar Azərbaycanın müxtəlif sənaye sahələrini araşdırıb, həmin sahədə mövcud problemlərin həlli istiqamətində öz təkliflərini təqdim ediblər.

 

“Sənaye və tələbə” layihəsinin yekununda münsiflər heyətinin qərarı ilə qalibi olan “Biznes inzibatçılığı” komandası 500 AZN pul mükafatı qazanıb.

 

Xatırladırıq ki, layihə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəstəyi ilə keçirilib.

 

Trend.az