ƏƏSMN dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqəyə 100-dən çox vakant yer çıxarıb

Posted by

ƏƏSMN dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqəyə 100-dən çox vakant yer çıxarıbƏƏSMN dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqəyə 100-dən çox vakant yer çıxarıb

ƏƏSMN dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqəyə 100-dən çox vakant yer çıxarıb

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilən növbəti müsabiqəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) üzrə 100-dən çox vakant yer çıxarılıb.

 

ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildiriblər ki, ƏƏSMN sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə müsabiqə və müsahibə əsasında kadrların qəbulu və yerləşdirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) ilə əməkdaşlıq şəraitində və “Dövlət qulluğu haqqında” Qanuna uyğun şəkildə həyata keçirilir.

 

Bu istiqamətdə işlərin davamı olaraq, dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün DQMK tərəfindən 14 avqust 2015-ci il tarixdə elan edilən növbəti müsabiqədə ƏƏSMN sistemi üzrə 94 inzibati vəzifə üzrə 102 vakant yer təqdim olunur. Həmin vakant yerlər nazirliyin Aparatını, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi, Məşğulluq, Sosial Təminat, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətlərini əhatə edir.

 

Təkcə bu ilin ötən dövründə müsabiqə, həmçinin daxili və ümumi müsahibələrdən uğurla keçmiş 64 nəfər şəxs nazirliyin aparatında və struktur bölmələrində müvafiq vakant vəzifələrinə təyin olunublar. Nazirlik tərəfindən dövlət qulluğunun inzibati vəzifələrinə təyin edilən əməkdaşların səmərəli fəaliyyətinin stimullaşdırılması üçün zəruri tədbirlər görülür. Nazirlik üzrə müsabiqə yolu ilə tutulmaq üçün təqdim edilən vakant dövlət qulluğu vəzifələrinin siyahıları, habelə vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı daxili və ümumi müsahibələrə dair bütün elanlar nazirliyin rəsmi internet saytının ön səhifəsində müvafiq bölmədə təqdim olunur.

 

Trend.az