ƏƏSMN Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla tam təmin edilməsini yaxın aylarda həyata keçirəcək

Posted by

ƏƏSMN Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla tam təmin edilməsini yaxın aylarda həyata keçirəcək

ƏƏSMN Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla tam təmin edilməsini yaxın aylarda həyata keçirəcək

ƏƏSMN Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla tam təmin edilməsini yaxın aylarda həyata keçirəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən əlilliyi olan şəxslərin və sosial cəhətdən həssas olan digər əhali kateqoriyalarının sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə ötən ilin dekabr ayı da daxil olmaqla son 6 ayda ümumilikdə 9 Fərman və Sərəncam imzalanıb. Bu sənədlər şamil olunduqları əhali qruplarına dair dövlət təminatı mexanizminin daha səmərəli və çevik xarakter almasına, onlara dövlət qayğısının əhəmiyyətli şəkildə artırılmasına səbəb olub.

“Xüsusi nəqliyyat almaq üçün tibbi göstərişi olan əlillərin avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 2012-ci il 2 iyul tarixli Sərəncamda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2013-cü il tarixli Sərəncamı 2014-cü ilədək tibbi göstəriş əsasında növbədə dayanmış Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin xüsusi avtonəqliyyatla tam təminatını nəzərdə tutur. Sərəncama əsasən, bu məqsədlə Azərbaycan Prezidentinin Ehtiyat Fondundan əlavə olaraq 5 milyon manat ayrılıb və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən cari ilin aprel-may aylarında Sərəncamın icrası uğurla başa çatdırılıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət başçısının “1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 30 aprel 2014-cü il tarixli Sərəncamı isə növbədə olan digər kateqoriyadan olan əlillərin də avtomobillə tam təmin olunmasına imkan yaradıb. Bununla bağlı olaraq, ƏƏSMN tərəfindən 2014-cü ilin 01 yanvar tarixinə növbədə olan bu qəbildən olan şəxslərin də yaxın aylarda avtonəqliyyatla tam təminatı həyata keçiriləcək.

“1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 2 iyul tarixli Sərəncamında dəyişikliklər edilməsi barədə” 23 dekabr 2013-cü il tarixli Sərəncam qeyd olunan şəxslərə diqqət və qayğının daim artdığını göstərir. Belə ki, Sərəncama əsasən, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə də cari ilin əvvəlindən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsinə başlanıb.

Ölkə rəhbəri tərəfindən 27 dekabr 2013-cü il tarixdə imzalanan “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Fərman isə respublikada demoqrafik inkişafın stimullaşdırılması və çoxuşaqlı ailələrin dəstəklənməsi yönündə daha bir addımdır. Fərmana uyğun olaraq, beşdən çox uşağı olan qadınların ümumilikdə 5300 nəfərdən çox uşağının hər birinə görə ayda 30 manat müavinət ödənilir.

Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü mütəmadi olaraq artırılır. Dövlət başçısının “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli Fərmanında dəyişiklik edilməsi barədə” 17 mart 2014-cü il tarixli Fərmanı həmin təqaüdlərin məbləğində növbəti dəfə və əhəmiyyətli şəkildə artımlar edilməsinə səbəb olub. Belə ki, Fərmanın şamil olunduğu şəxslərə təyin olunan Prezident təqaüdlərinin orta aylıq məbləği 50 faizə yaxın artırılıb.

Azərbaycan Respublikası Prezidentinin 17 mart 2014-cü il tarixli daha bir Fərmanı isə əksəriyyəti əmək pensiyası almaq hüququ olmayan Qarabağ müharibəsi veteranları olan şəxslərin aylıq sosial müavinətinin məbləğinin cari ilin 01 aprelindən 21,6 faiz artırılmasını təmin edib.

“Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Respublikası Prezidentinin 17 mart 2014-cü il tarixli Fərmanı qeyd olunan şəxslərin maddi təminatının yaxşılaşdırılmasında mühüm addım olub. Fərmanla həmin şəxslərə 67 manat aylıq sosial müavinətdən əlavə, 01 aprel 2014-cü il tarixdən 60 manat məbləğində Prezident təqaüdünün təyin olunmasına da başlanıb. Bununla həmin şəxslərə dövlət tərəfindən ödənilən məbləğ 127 manata (67 manat+60 manat) çatdırılmaqla yaşayış minimumunu üstələyib.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” 18 mart 2014-cü il tarixli Sərəncamı ölkədə yeni təminat növünün formalaşmasını şərtləndirir.

Sərəncama əsasən, qeyd olunan təbəqələrdən olan və respublikanın ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqların təhsil müddəti ərzində təhsil haqqı 2014/2015-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Eyni zamanda, Azərbaycan Prezidentinin 30 aprel 2014-cü il tarixli ” 1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” Sərəncamı ilə BVM iştirakçılarına, “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə təyin olunan Prezident təqaüdünün aylıq məbləği də 2014-cü il may ayının 1-dən 81,8 faiz artırılıb.

Göründüyü kimi, son 6 ayda imzalanan Fərman və Sərəncamlar ümumən əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində ciddi irəliləyişləri təmin etməklə sosial cəhətdən həssas əhali qruplarına Prezident qayğısının daim artmaqda olduğunu bir daha sübut edir.

 

Trend.az