Səməd Seyidov: “Qarabağ problemi nizamlanmayanadək insan haqlarının müdafiəsi işi və terrorla mübarizə səmərə verməyəcək”

Posted by

Səməd Seyidov: “Qarabağ problemi nizamlanmayanadək insan haqlarının müdafiəsi işi və terrorla mübarizə səmərə verməyəcək”Səməd Seyidov: “Qarabağ problemi nizamlanmayanadək insan haqlarının müdafiəsi işi və terrorla mübarizə səmərə verməyəcək”

Səməd Seyidov: “Qarabağ problemi nizamlanmayanadək insan haqlarının müdafiəsi işi və terrorla mübarizə səmərə verməyəcək”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri ölkəmizdə səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin Demokratiya üzrə Məruzəçilər Qrupunun nümayəndə heyəti ilə görüşüblər.

 

Parlamentdən APA-ya verilən məlumata görə, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumla Azərbaycanın səmərəli əməkdaşlığından, Azərbaycanda müxtəlif sahələrdə görülən böyük işlərdən geniş söz açıb.

 

O qeyd edib ki, ölkənin inkişafı və buradakı sabitlik Azərbaycanın nə qədər düzgün yolda olduğunu göstərir: “Ölkəmiz Avropa Şurasının qaldırdığı bütün məsələlərə həssaslıqla yanaşır”.

 

S. Seyidov Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsindən danışaraq bildirib ki, bu problem nizamlanmayanadək insan haqlarının müdafiəsi, terrorizmə, separatizmə qarşı mübarizə istiqamətində aparılan iş səmərə verməyəcək.

 

Avropa Şurası Nazirlər Komitəsinin siyasi məsələlər üzrə direktoru Aleksandr Quessel isə qurumla ölkəmizin əməkdaşlığını yüksək qiymətləndirib: “Azərbaycan bizim təşkilatın mühüm üzvlərindəndir. Həqiqətən ötən müddətdə Azərbaycan çox böyük işlər görüb. Mən Azərbaycanda gedən prosesləri yaxından izləyirəm və Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən azərbaycanlıların problemlərini, ağrı-acısını yaxşı başa düşürəm”.

 

Qonaq Bakıda olduğu müddətdə maraqlı görüşlər keçirdiklərini və faydalı fikir mübadiləsi apardıqlarını söyləyib. Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Apa.az