Səməd Seyidov: Növbəti dəfə AŞ bayrağının Bakıda dalğalanması Azərbaycan üçün böyük məsuliyyətdir

Posted by

Növbəti dəfə Avropa Şurasının bayrağı Azərbaycanın paytaxtı Bakıda dalğalanacaq. Bu, Azərbaycan üçün böyük məsuliyyətdir. Trend-in məlumatına görə, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) nümayəndə heyətinin sədri Səməd Seyidov Büro və Daimi Komitənin fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı çıxışında qeyd edib.

S.Seyidov bildirib: “Həmkarlarımın diqqətini iki əsas məsələyə çəkmək istərdim. Əvvəlcə təşkilatın təşviq etdiyi dəyərlərlə bağlı danışmaq istərdim. Büro və AŞ PA-nın üzvləri kimi, AŞ tərəfindən təbliğ olunan dəyərləri əsas tutmalıyıq. Bununla bağlı Büro önəmli rol oynaya bilər. İkinci əsas məsələ isə müşahidə missiyaları ilə bağlıdır. Müşahidə missiyası bizim əlimizdə bir ölkənin daxilində nə baş verdiyini daha yaxşı başa düşmək üçün bir vasitədir. Bu gün Büronun iclasında da dediyim kimi, biz Parlament Assambleyasının müşahidə missiyası rəhbərlərinin rotasiya əsasında təyin edilməsi prinsipinin tətbiq edilməsi üçün bütün imkanlardan istifadə etməliyik. Yerlərdə konkret nələr baş verdiyini görmək üçün müxtəlif siyasi qrupların üzvlərini dəvət etmək vacibdir”.

O, qeyd edib ki, AŞ PA-nın Daimi Komitəsinin iclası cari il mayın sonunda Bakıda keçiriləcək: “Bu tribunadan bütün həmkarlarımızı bu iclasa dəvət etmək istəyirik. Biz dəyərlərimizi müdafiə etmək, dünyada beynəlxalq hüququn prinsiplərinə hər hansı bir xələl gəlməməsi üçün onlara hörmət olunmasını təmin etmək üçün bacardığımızı etməliyik”.

Trend.az