Səməd Seyidov: “İnsan haqları məsələsi hər hansı qurum, o cümlədən Avropa Şurası tərəfindən təzyiq vasitəsinə çevrilməməlidir”

Posted by

Səməd Seyidov: “İnsan haqları məsələsi hər hansı qurum, o cümlədən Avropa Şurası tərəfindən təzyiq vasitəsinə çevrilməməlidir”“İnsan haqları məsələsi hər hansı qurum, o cümlədən Avropa Şurası tərəfindən təzyiq vasitəsinə çevrilməməlidir”.

Səməd Seyidov: “İnsan haqları məsələsi hər hansı qurum, o cümlədən Avropa Şurası tərəfindən təzyiq vasitəsinə çevrilməməlidir”

Bunu APA-ya açıqlamasında Avropa Şurasının strukturlarında təmsil olunan bəzi şəxslərin İlqar Məmmədov və başqalarının azadlığa buraxılması barədə bəyanatlarına münasibət bildirən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

 

O, qeyd edib ki, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasındadır: “Ona görə də bu məhkəmənin qərarları Azərbaycan tərəfindən nəzərə alınır, nəzərə alınıb və nəzərə alınacaq. Hansısa siyasətçinin, hüquq-mühafizə orqanlarının işinə müdaxilə edilməsinə gəlincə, bu qanunun aliliyinin pozması deməkdir. Ona görə də bu məsələdə çox ehtiyatlı davranmaq lazımdır”.

 

S. Seyidov həmçinin bildirib ki, bəzi məsələlər Azərbaycana qarşı aparılan kampaniya çərçivəsindədir, bəzi bəyanatlar isə Azərbaycandakı reallığı sona qədər dərk etməyən insanlar tərəfindən verilir: “Bəziləri isə sadəcə öz ölkələrində reytinqlərini qaldırmaq üçün Azərbaycanı hədəf seçirlər. Səthi yanaşmadan qaynaqlanan bəyanatlar da var. İçərisində hansısa həqiqətləri daşıyan məqamları Azərbaycan tərəfi öyrənir. Lakin bu təklif və bəyanatların əksəriyyəti siyasi xarakter daşıyır. İlqar Məmmədovla bağlı bəyanatlar da bu baxımdan müstəsna deyil”.

 

Apa/az