Səməd Seyidov: “Ermənistanın son zamanlar Azərbaycana qarşı təxribatları ilə bağlı məsələ AŞPA Daimi Komitəsi və Bürosunun iclaslarında qaldırılıb”

Posted by

Səməd Seyidov: “Ermənistanın son zamanlar Azərbaycana qarşı təxribatları ilə bağlı məsələ AŞPA Daimi Komitəsi və Bürosunun iclaslarında qaldırılıb”“Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı hesabatın hazırlanması ilə bağlı AŞPA-da təyin edilən məruzəçi Bakıya gələcək

Səməd Seyidov: “Ermənistanın son zamanlar Azərbaycana qarşı təxribatları ilə bağlı məsələ AŞPA Daimi Komitəsi və Bürosunun iclaslarında qaldırılıb”

“14-18 noyabr tarixlərində Avropa Şurası Parlament Assambleyası Monitorinq və Daimi komitələrinin, AŞPA Bürosunun iclaslarında iştirak edən Azərbaycan nümayəndə heyəti “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı hesabatın hazırlanması ilə bağlı Avropa Şurası Parlament Assambleyasında məruzəçi təyin edilmiş Böyük Britaniyadan olan deputat Robert Valterlə görüş keçirib. Biz məruzəçi ilə danışıqlar apardıq. Qərara gəldik ki, gələn ilin əvvəlində R. Valterin Azərbaycana səfəri təşkil edilsin. Dağlıq Qarabağ məsələsi ciddi müzakirə edilməlidir. Azərbaycan bu məsələnin ciddi müzakirə olunaraq Avropa Şurasına çatdırılmasında öz hazırlığını nümayiş etdirib”.

 

Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

 

S. Seyidov qeyd edib ki, Ermənistan tərəfi yenə də müxtəlif bəhanələr gətirərək məruzəçi ilə əməkdaşlıq etməkdən boyun qaçırıb. Onun sözlərinə görə, bu, AŞPA-nın gözü qarşısında baş verib.

 

 

S. Seyidov bildirib ki, həm AŞPA Daimi Komitəsinin, həm də Büronun iclasında Ermənistanın son zamanlar Azərbaycana qarşı təxribatları ilə bağlı məsələ qaldırılıb: “Xüsusilə bu yaxınlarda Ermənistan tərəfindən hərbi helikopterin Azərbaycanın dinc əhalisinə hücum edərkən Azərbaycan əsgərləri tərəfindən məhv edilməsi məsələsi mənim tərəfimdən qaldırılıb. Avropa ictimaiyyəti bilsin və agah olsun ki, atəşkəsin mövcudluğu o demək deyil ki, əks tərəf bu atəşkəsdən istifadə edərək öz hərbi helikopterlərini Azərbaycan kəndlərinin, Azərbaycan ərazilərinin üzərində uçuracaq, Azərbaycan isə heç bir reaksiya verməyəcək. Azərbaycan belə hallara qarşı reaksiya verib və verəcək. Bundan sonra hər kəs bilməlidir ki, Azərbaycan torpağından erməni əsgərləri çəkilənə, Azərbaycanın ərazi bütövlüyü təmin olunana qədər biz bu məsələni gündəmdə saxlayacaq və heç bir erməni təxribatına da uymayacağıq”.

 

S. Seyidov qeyd edib ki, Ermənistanın hərbi helikopteri ilə bağlı məsələ məruzəçi R. Valterin də nəzərinə çatdırılıb.

 

Apa/az