Səməd Seyidov: “Azərbaycanın gücü, nüfuzu artdıqca, ona qarşı təzyiqlər də artır”

Posted by

“Azərbaycanın ən ağrılı problemi Dağlıq Qarabağ problemidir. Məhz 2001-ci ildən Azərbaycanın Avropa Şurasında başladığı fəaliyyət 2005-ci ildə Avropa Şurasında Dağlıq Qarabağ problemi ilə bağlı 1416 nömrəli məşhur qətnamənin qəbulu ilə nəticələnib”.

APA-nın məlumatına görə, bu barədə Milli Məclisin üzvü, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətin rəhbəri Səməd Seyidov “Beynəlxalq təşkilatlarda çalışan azərbaycanlıların I toplantısı”nda bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycan inkişaf edir və onun mövqeyi ilə hesablaşmamaq mümkün deyil: “Amma bu, üstünlüklərlə yanaşı, problemlərə də yol açır. Azərbaycanın gücü, nüfuzu artdıqca, ona qarşı təzyiqlər də artır. 2010-cu ildən başlayaraq xüsusilə Avropa Şurasında Azərbaycana qarşı ədalətsiz mövqe nümayiş olunur. Bu, Azərbaycanda siyasi məhbuslarla bağlı olan məlum məruzələrdir. Amma vacibi odur ki, məhz Avropa Şurası özü 2013-cü ildə həmin qətnaməni rədd edib”.

S.Seyidov vurğulayıb ki, bu gün Azərbaycanın mövqeyi beynəlxalq təşkilatlarda eşidilir və bununla bağlı xüsusi işlər aparılır: “Biz də bu təşkilatlarda iştirak edərək, bu işləri yüksək səviyyəyə qaldırmalıyıq”.

Apa.az