Səməd Seyidov: “AŞ PA-da Ermənistanın törətdiyi təxribatlar və 15 yaşlı Cavid Məmmədovun girov götürülməsi ilə bağlı müzakirə aparılacaq”

Posted by

Səməd Seyidov: “AŞ PA-da Ermənistanın törətdiyi təxribatlar və 15 yaşlı Cavid Məmmədovun girov götürülməsi ilə bağlı müzakirə aparılacaq”Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasında Ermənistan silahlı qüvvələrinin avqustun əvvəlində təmas xəttində törətdiyi təxribatlar və 15 yaşlı azərbaycanlı Cavid Məmmədovun girov götürülməsi ilə bağlı müzakirə aparılacaq və məruzəçi təyin olunacaq.

Səməd Seyidov: “AŞ PA-da Ermənistanın törətdiyi təxribatlar və 15 yaşlı Cavid Məmmədovun girov götürülməsi ilə bağlı müzakirə aparılacaq”

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov APA-ya açıqlamasında bildirib ki, bununla bağlı qərar ötən həftə Parisdə keçirilən AŞ PA Bürosunun iclasında qərar qəbul edilib.

 

S. Seyidov qeyd edib ki, Azərbaycanın məqsədi Ermənistana qarşı qəti sanksiyanın tətbiq olunmasıdır: “Çünki elə bir dövrdür ki, artıq sanksiyaların tətbiqi gündəmdədir və müxtəlif dövlətlərə tətbiq olunur. Bütün bu baş verənlərdən, xüsusilə azyaşlı uşağın girov götürülməsindən sonra Ermənistana niyə sanksiya tətbiq olunmasın?..”

 

Qeyd edək ki, AŞ PA-nın payız sessiyası sentyabrın 30-da başlayacaq.

 

Trend/az