İsmail Alper Coşkun: “Türkiyənin hər zaman Azərbaycanın yanında olacağı aşkardır”

Posted by

İsmail Alper Coşkun: “Türkiyənin hər zaman Azərbaycanın yanında olacağı aşkardır”İsmail Alper Coşkun: “Türkiyənin hər zaman Azərbaycanın yanında olacağı aşkardır”

İsmail Alper Coşkun: “Türkiyənin hər zaman Azərbaycanın yanında olacağı aşkardır”

“Cəbhə xəttində baş verən son hadisə bir daha sübut etdi ki, bu məsələ qısa bir zamanda sülh yolu ilə həll olunmalıdır”.

 

APA-nın xəbərinə görə, bunu cəbhə xəttində Azərbaycan mövqelərinə hücum edən erməni helikopterinin Azərbaycan hərbçiləri tərəfindən vurulmasına münasibət bildirən Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun deyib.

 

“Hadisələrin necə cərəyan etdiyinə və sair baxıla bilər, amma əsas odur ki, Azərbaycan torpaqları niyə hələ də işğal altındadır? Hadisələrin necə baş verməsinin araşdırılması ilə yanaşı, problemin hələ də davam etməsi məsələsi araşdırılmalıdır. Türkiyənin hər zaman Azərbaycanın yanında olacağı aşkardır”, – deyə səfir vurğulayıb.

 

APA.az