Slovakiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri: “Qarabağ probleminin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyirik”

Posted by

Slovakiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri: “Qarabağ probleminin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyirik”Slovakiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri: “Qarabağ probleminin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyirik”

Slovakiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri: “Qarabağ probleminin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyirik”

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov ölkəmizdə səfərdə olan Slovakiya Milli Şurasının Slovakiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, F.Hüseynov görüşdə Dağlıq Qarabağ münaqişəsi, onun yaranma səbəbləri və tarixi kökləri barədə ətraflı məlumat verib.

 

Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən söz açan F. Hüseynov nəzərə çatdırıb ki, indiyədək bu məqsədlə 90 müasir qəsəbə salınıb, 240 min məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Komitə sədrinin müavini ATƏT-in Minsk qrupu həmsədrlərinin vaxtında bu problemin həlli istiqamətində qətiyyətli addımlar atmaması nəticəsində vəziyyətin dəyişmədiyini, hələ də on minlərlə məcburi köçkünün ağır vəziyyətdə yaşadığını vurğulayıb.

 

Slovakiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Madey Robert isə ölkəsinin Dağlıq Qarabağ probleminin ədalətli həllinə nail olunması istiqamətində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini qeyd edib. M. Robert artıq dünyanın inkişaf etmiş ölkələrindən olan Azərbaycanın bu gün qaçqın və məcburi köçkün problemi ilə üzləşdiyindən təəssüfləndiyini bildirib.

 

Qonaqlar F. Hüseynovun müşayiəti ilə Azərbaycan Texniki Universitetinin yataqxanasında, həmçinin Azərbaycan dövləti tərəfindən məcburi köçkünlər üçün Abşeron rayonu Masazır qəsəbəsində salınmış 760 ailəlik qəsəbədə məskunlaşan məcburi köçkünlərlə görüşüb, onların həyat və məişət şəraitləri ilə yerində tanış olublar.

 

Apa.az