Səlim Müslümov: Prezident İlham Əliyev formalaşdırdığı idarəetmə forması ilə Azərbaycanın sosial baxımdan firavan dövlətlər qrupuna daxil olmasına imkan yaradıb

Posted by

Səlim Müslümov: Prezident İlham Əliyev formalaşdırdığı idarəetmə forması ilə Azərbaycanın sosial baxımdan firavan dövlətlər qrupuna daxil olmasına imkan yaradıbSəlim Müslümov: Prezident İlham Əliyev formalaşdırdığı idarəetmə forması ilə Azərbaycanın sosial baxımdan firavan dövlətlər qrupuna daxil olmasına imkan yaradıb

Səlim Müslümov: Prezident İlham Əliyev formalaşdırdığı idarəetmə forması ilə Azərbaycanın sosial baxımdan firavan dövlətlər qrupuna daxil olmasına imkan yaradıb

“Hökumətlərin sosial inkişaf yönümlü siyasəti cəmiyyətdə siyasi münaqişə riskini tamamilə azaldır. Başqa sözlə, hökumətin əsas diqqətinin sosial siyasətə yönəldilməsi hər bir insanın sosial rifahına zəmanət yaratmış olur”. Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün keçirilən “İnkişafın 10 ili: 2004-2014” adlı konfransda çıxışı zamanı deyib.

 

Nazir qeyd edib ki, məhz bu ideyaları öz praktiki fəaliyyətində əsas götürən Azərbaycan Prezidenti İlham Əliyev özünün son 10 il ərzində formalaşdırdığı sosial-iqtisadi kompleks və idarəetmə forması ilə Azərbaycanın sosial baxımdan firavan dövlətlər qrupuna daxil olmasına imkan yaradıb: “Azərbaycan Prezidentinin sosial-iqtisadi inkişaf istiqamətində atdığı addımlar onun 2003, 2008 və 2013-cü illərdəki seçki kampaniyaları dövründəki platformalarında tamamilə açıq şəkildə öz əksini tapmışdı. 2003-cü ildə cənab Prezident ilk dəfə prezident seçkilərinə gedən zaman əsas mövzu kimi 5 il ərzində ölkədə 600 min iş yeri açılacağını, regionların sosial-iqtisadi baxımdan sürətlə inkişaf edəcəyini və yoxsulluğun sürətlə azaldılacağını öz platformasında əsas məsələlər kimi qoymuşdu”.

 

S.Müslümov deyib ki, bu məsələr cəmiyyətdə konsolidasiya üçün birbaşa rol oynayan məsələlərdir: “2008-ci il seçkilərinin nəticələri cənab Prezidentin bu qoyduğu məqsədlərə necə nail olduğunu açıq şəkildə nümayiş etdirdi. 2008-ci ildə cənab Prezident bu təməl əsasında özünün yeni platformasında artıq modernləşmə və iqtisadiyyatın sürətli inkişafı, eləcə də bütün iqtisadi və sosial proqramların icrası və sosial rifahın sürətlə yaxşılaşdırılmasını əsas götürdü.

 

2008-2013-cü illər ərzində Azərbaycanın sürətli iqtisadi inkişafı artıq 2013-cü ildə cənab Prezidentə yeni platformasında Azərbaycanın dünyaya sosial dövlət kimi təqdim edilməsi məsələsini bəyan etməyə imkan verdi”.

 

Trend.az