Səlim Müslümov: “Dövlət Məşğulluq Xidmətində kadr dəyişiklikləri aparılacaq”

Posted by

Səlim Müslümov: "Dövlət Məşğulluq Xidmətində kadr dəyişiklikləri aparılacaq"

Səlim Müslümov: “Dövlət Məşğulluq Xidmətində kadr dəyişiklikləri aparılacaq”

Səlim Müslümov: "Dövlət Məşğulluq Xidmətində kadr dəyişiklikləri aparılacaq"

“Hazırda Azərbaycanda artım tempi stabildir, iş yerlərinin yaradılması prosesi davam edir, əmək bazarında yeni ixtisaslara tələbat yüksəlir”.

 

APA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov söyləyib.

 

S.Müslümov deyib ki, bu ilin birinci rübünün yekunları ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçirilən bugünkü iclasda ilin qalan dövrü üçün Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarının qarşısındakı vəzifələr müzakirə olunacaq, müvafiq qərarlar qəbul ediləcək, eyni zamanda bir sıra kadr dəyişiklikləri də aparılacaq: “Bununla bağlı bu gün respublikanın bütün məşğulluq orqanlarının əməkdaşları dəvət edilib. Bu müzakirələr onlar üçün səmərəli olacaq”.

 

Apa.az