Səlim Müslümov: “Azərbaycanda hamilə və əlil qadınların işləməsinə qoyulan qadağalar aradan qaldırılmalıdır”
“Hamilə qadınlara və əlillik təyin olunmuş şəxslərə işləmək seçimi verilməlidir, bu imkanları reallaşdırmaq üçün onlara hüquq verilməlidir. Onlara işləmək heç vaxt qadağan edilə bilməz”. “APA-Economics”in xəbərinə görə, bu haqda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında bildirib.
Nazir deyib ki, qadınların kişilərlə əmək sahələrində çalışmasında bərabərliyin təmin olunması üçün istiqamətində layihə hazırlanır.
“Seçim hüquq qadına verilməlidir. Qadının hamiləlik öncəsi və ya sonra 140 gündən istifadə etmək, daha sonra yenidən ilyarım sosial məzuniyyətə çıxmaq hüququ var. Amma o, bu müddətdə işləmək hüququna da malikdir. Biz hesab edirik ki, əvvəllər qadağan olunan işlərin siyahısı son dərəcə azaldılmalıdır və seçim hüququ qadının özünə verilməlidir. Hazırda bununla bağlı dünya təcrübəsi öyrənilir”, – deyə nazir qeyd edib.
Apa.az