Səfir: Azərbaycan Pakistanda enerji sahəsinə sərmayə yatırmaq niyyətindədir

Posted by

Azərbaycan Pakistanda enerji sahəsinə sərmayə yatırmaq niyyətindədir. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov yerli “The Frontier Post” qəzetinə müsahibəsində deyib.

Diplomatın sözlərinə görə, Pakistan və Azərbaycan ticari-iqtisadi sahədə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi üzrə səylərə diqqəti cəlb etməlidir.

Səfir qeyd edib ki, Azərbaycan və Pakistan ikitərəfli əlaqələrin möhkəmləndirilməsi məqsədilə yaxın vaxtlarda nazirlər səviyyəsində altıncı birgə iclas keçirmək niyyətindədir.

Bundan başqa, Şikarov bildirib ki, Azərbaycan Pakistana ölkənin enerji böhranından çıxması məsələsində kömək edə bilər.

Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2013-cü ilin yanvar-oktyabr aylarında iki ölkə arasında əmtəə dövriyyəsi 976,34 min dollar təşkil edib.

Trend.az