Seysmoloji Xidmət Mərkəzi: Bakıda qeydə alınan zəlzələ 3 bal gücündə hiss olunub
Bakıda zəlzələ olub. Trend xəbər verir ki, bu gün təxminən yarım saat öncə Bakıda zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban yetirmişli Trend-ə bildirib ki, bu gün həqiqətən də Bakıda zəlzələ baş verib və müəyyən qədər hiss olunub.
Sonra Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə bildiriblər ki, ilkin məlumatlara əsasən yerli vaxtla 11:05:28-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ Bakıda 3 bal gücündə hiss olunub. 5,6 maqnitudalı zəlzələ 61 km dərinlikdə qeydə alınıb.
Qeyd edək ki, iyunun 6-da da iki zəlzələ qeydə alınmışdı. Onlardan biri yerli vaxtla 01:34:19-da Xəzər dənizinin 30 km-də 3,1 maqnitudalı zəlzələ qeydə alınmışdı. Digəri isə yerli vaxtla 03:18:05-də Xəzər dənizinin 45 km dərinliyində zəlzələ qeydə alınmışdı. Hər iki zəlzələ hiss olunmamışdı.
Trend.az