Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfərə gəlib. Bu barədə Trend-ə diplomatik mənbə məlumat verib.
Daha əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Trend-ə verdiyi məlumata görə, səfər çərçivəsində iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həmçinin münaqişənin tənzimlənməsində ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın rolu müzakirə ediləcək.
Trend.az