Sergey Lavrov: Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq təkcə ikitərəfli formatda deyil, həm də regional səviyyədə intensiv inkişaf edir

Posted by

Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq təkcə ikitərəfli formatda deyil, həm də regional səviyyədə intensiv inkişaf edir.

AzərTAc xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 18-də azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə görüşündən sonra keçirilmiş mətbuat konfransında söyləmişdir.

Danışıqların səmərəli şəkildə keçdiyini bildirən Rusiyanın xarici işlər naziri demişdir: “Biz münasibətləri dostluq, qarşılıqlı anlaşma əsasında inkişaf etdiririk. Ötən dövrdə nümayəndə heyətlərinin ən intensiv mübadiləsi məhz Azərbaycan ilə baş vermişdir”.

Rusiyalı nazir görüşdə ölkələrimiz arasında əməkdaşlığın beynəlxalq təşkilatlar çərçivəsində genişləndirilməsi ilə bağlı razılıq əldə edildiyini söyləmişdir.

S.Lavrov diqqətə çatdırmışdır ki, yaxın vaxtlarda Rusiyanın 200-dən artıq iş adamının iştirakı ilə Rusiya-Azərbaycan biznes forumu keçiriləcəkdir.

Azərbaycan-Rusiya əlaqələrinin strateji xarakter daşıdığını deyən Elmar Məmmədyarov bildirmişdir ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq sürətlə inkişaf edir.

E.Məmmədyarov rusiyalı həmkarı ilə görüşdə ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsi yollarına dair səmərəli fikir mübadiləsinin aparıldığını diqqətə çatdırmışdır.

AzərTac.az