Serbiya parlamentinin sədri Dövlət Bayrağı Meydanı ilə tanış olub

Posted by

Serbiya parlamentinin sədri Dövlət Bayrağı Meydanı ilə tanış olub

Serbiya parlamentinin sədri Dövlət Bayrağı Meydanı ilə tanış olub

 

 

Serbiya parlamentinin sədri Dövlət Bayrağı Meydanı ilə tanış olub

Serbiya Respublikası parlamentinin sədri xanım Maya Qoykoviç dekabrın 11-də Bakıda Dövlət Bayrağı Meydanı ilə tanış olub.

 

AzərTAc xəbər verir ki, Serbiya parlamentinin sədrinə meydan və onun ərazisində həyata keçirilən abadlıq, tikinti-quruculuq işləri haqqında məlumat verilib.

 

Sonra Maya Qoykoviç Dövlət Bayrağı Muzeyi ilə tanış olub. Qonağa burada nümayiş etdirilən eksponatlar barədə məlumat verilib.

 

Parlamentin sədri muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

 

AzərTac/az