Səbail rayonunun mərkəzi hissəsində ötən il görülən işlərlə bağlı hesabat verilib
Səbail Rayon İcra Hakimiyyəti başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ikinci hesabat yığıncağında 2014-cü il ərzində rayonun mərkəzi hissəsində həyata keçirilən işlər, qarşıda duran vəzifələr müzakirə olunub, konkret tədbirlər müəyyənləşdirilib.
Hesabat məruzəsi ilə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Anar Həsənli ötən il ərzində görülən işlər barədə məlumat verib.
Rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan Prezidenti İlham Əliyevin Bakı şəhərinin inkişafına göstərdiyi diqqətdən, gələcəkdə paytaxtın mərkəzinin daha da abadlaşdırılması, burada sakinlər və şəhərin qonaqları üçün hər cür şəraitin yaradılması üçün görülməli olan işlərdən danışıb. O, 2014-cü ildə rayonda görülmüş işlər və həyata keçirilmiş sosial yönümlü layihələr, Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq barədə məlumat verib. Qeyd edib ki, dövlət başçısının tapşırıqlarına əsasən şəhərin mərkəzini əhatə edən 1 saylı nümayəndəliyin ərazisində bir sıra mühüm layihələr həyata keçirilir. Bildirilib ki, paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində görülən işlər gələcəkdə də davam etdiriləcək.
Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılıb.
AzərTac.az