Sarkozi Fransa Prezidentini yalan danışmaqda ittiham edir

Posted by

Sarkozi Fransa Prezidentini yalan danışmaqda ittiham edirSarkozi Fransa Prezidentini yalan danışmaqda ittiham edir

Sarkozi Fransa Prezidentini yalan danışmaqda ittiham edir

Fransanın sabiq prezidenti Nikola Sarkozi Xalq Hərəkatı uğrunda İttifaq Partiyasının rəhbəri postu uğrunda mübarizə kampaniyası çərçivəsində Nansi şəhərində keçirilən mitinqdə çıxış edərkən Fransa Prezidenti Fransua Ollandı yalan danışmaqda günahlandırıb. Trend xəbər verir ki, bu barədə RİA Novosti “Le Parisien” qəzetinə istinadən məlumat yayıb.

 

İki minə yaxın mitinq iştirakçısı qarşısında çıxış edən Fransanın sabiq prezidenti bəyan edib ki, iki il yarım ərzində ölkədə respublikanın və demokratiyanın zəifləməsinə səbəb olan siyasi prinsip rəhbər tutulub.

 

Sarkozi deyib: “Fransua Olland səhər, günorta və hətta axşamlar da yalan danışır”.

 

Onun fikrincə, hazırkı dövlət başçısı öz postunu tutduğu andan bir-birinin ardınca məğlubiyyətə uğrayır.

 

Qeyd edək ki, Nikola Sarkozi bu ilin sentyabrında uzun müddət düşündükdən sonra vaxtilə rəhbəri olduğu Fransanın ən iri müxalifət partiyası olan Xalq Hərəkatı uğrunda İttifaq Partiyasının (UMP) sədri postuna öz namizədliyini irəli sürmək qərarına gəldiyini bəyan edib.

 

 Trend.az