Sahibkarlıq sahəsində yoxlamaların aparılmasını tənzimləyən Əsasnaməyə dəyişikliklər edildi

Posted by

Sahibkarlıq sahəsində yoxlamaların aparılmasını tənzimləyən Əsasnaməyə dəyişikliklər edildiSahibkarlıq sahəsində yoxlamaların aparılmasını tənzimləyən Əsasnaməyə dəyişikliklər edildi

Sahibkarlıq sahəsində yoxlamaların aparılmasını tənzimləyən Əsasnaməyə dəyişikliklər edildi

Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

 

Trend-in məlumatına görə, fərmanda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 87) ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

 

1.1. 5.4-cü bənddə “5.5-5.7-ci” sözləri “5.5-ci və 5.6-cı” sözləri ilə əvəz edilsin;

 

1.2. aşağıdakı məzmunda 5.7-ci bənd əlavə edilsin:

 

“5.7. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi bu Əsasnamənin 3.1-ci və 3.5-ci bəndlərində nəzərdə tutulmuş istənilən məsələ ilə bağlı məlumat bazasına daxil ola və həmin məlumatlardan istifadə edə bilər. Bu məqsədlə həmin məlumatlar Ədliyyə Nazirliyi tərəfindən Reyestrin internet şəbəkəsində yerləşdirilir.”.

 

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsin”.

 

Trend.az