Sabirabadda tibb məntəqəsinin açılışı olub

Posted by

Sabirabadda tibb məntəqəsinin açılışı olubSabirabadda tibb məntəqəsinin açılışı olub

Sabirabadda tibb məntəqəsinin açılışı olubSabirabad rayonunda Azərbaycan hökuməti və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) birgə maliyyələşdirdiyi tibb məntəqəsinin açılışı olub. APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, tibb məntəqəsi Sabirabad rayonunun Qaralar kəndi ərazisində ABŞ və Azərbaycan hökumətləri tərəfindən birgə maliyyələşdirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində inşa edilib.

 

Açılış mərasiminə ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan, səfirliyin əməkdaşları, Şərq-Qərb İdarəçilik İnstitutunun ölkə üzrə direktoru T. Madiqan, yerli rəsmilər, Qaralar kənd icmasının, Sənaye və İqtisadiyyat Nazirliyinin nümayəndələri qatılıblar.

 

Qeyd edək ki, Qaralar kəndi rayon mərkəzindən 10 kilometr aralıda yerləşir, yeni açılan tibb məntəqəsi 986 nəfər kənd əhalisinə tibbi xidmət göstərəcək.

 

APA.az