Sabirabad rayonunda məskunlaşmış qaçqın və məcburi köçkünlərə bayram sovqatı verilib

Posted by

Sabirabad rayonunda məskunlaşmış qaçqın və məcburi köçkünlərə bayram sovqatı verilib

 

Sabirabad rayonunda məskunlaşmış qaçqın və məcburi köçkünlərə bayram sovqatı verilib

Sabirabad rayonunda məskunlaşmış qaçqın və məcburi köçkünlərə bayram sovqatı verilib

 

Builki Novruz bayramı ərəfəsində də Daxili İşlər Nazirliyinin nümayəndələri Sabirabad rayonunda məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşmüşlər.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, rayon İcra Hakimiyyəti başçısının müavini Həsən Həsənov Ermənistanın təcavüzü nəticəsində didərgin düşmüş soydaşlarımızın mənzil-məişət şəraitilərinin, rifah hallarının daha da yaxşılaşdırılması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən genişmiqyaslı tədbirlərdən, böyük quruculuq işlərindən danışmışdır.

Bayram münasibətilə polis əməkdaşlarının təbriklərini və xoş arzularını doğma yurd-yerlərindən qaçqın düşmüş insanlara çatdıran DİN-in Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Rahib Qarayev bu kateqoriyadan olan soydaşlarımızla sıx təmasların qurulmasının, onların qayğı və problemlərinə hər zaman diqqətlə yanaşılmasının əsasının ulu öndərimiz tərəfindən qoyulduğunu xatırlatmışdır.

Qaçqın və məcburi köçkünlər adından çıxış edənlər dövlət başçısının apardığı məqsədyönlü siyasət nəticəsində doğma yurd yerlərinə qayıdacaqlarına əminliklərini bildirmiş, onların problemlərinə həssaslıqla yanaşdıqlarına, göstərilən daimi diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıq etmişlər.

Daha sonra daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları 65 min manat vəsait Sabirabad və Goranboy rayonlarında məskunlaşmış qaçqın və məcburi köçkün soydaşlarımıza çatdırılmışdır

 

Trend.az