Rusiyanın Xəzər Dəniz Donanması gəmilərinin Bakıya səfəri başa çatdı

Posted by

Rusiyanın Xəzər Dəniz Donanması gəmilərinin Bakıya səfəri başa çatdıRusiyanın Xəzər Dəniz Donanması gəmilərinin Bakıya səfəri başa çatdı

Rusiyanın Xəzər Dəniz Donanması gəmilərinin Bakıya səfəri başa çatdı

Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının gəmilərinin ölkəmizə səfəri başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, donanmanın “Dağıstan” və “Qrad Sviyajsk” gəmilərinin Bakıya rəsmi səfəri oktyabrın 20-də başa çatıb.

Qeyd edək ki, Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının “Dağıstan” böyük raket gözətçi və “Qrad Sviyajsk” kiçik raket gözətçi gəmiləri oktyabrın 16-da Bakıya yan almışdı.

Səfər zamanı gəmilərin nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın, eləcə də Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edib, Dövlət Bayrağı Meydanı Kompleksindəki muzeydəki eksponatlarla tanış olublar. Proqram çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə gəmilərin heyətlərinin paytaxtımıza gəzintisi təşkil olunub. Bundan əlavə, Azərbaycan və Rusiya dənizçiləri arasında futbol üzrə yoldaşlıq görüşləri keçirilib.

Səfər ərzində gəmilərin komandanlığı və şəxsi heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanlığı tərəfindən qəbul olunub. Onlar Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindəki tədris prosesi ilə də yaxından tanış olublar.

 

Trend.az