Rusiyanın xarici işlər naziri MDB ölkələrinin səfirləri ilə görüşüb
Yanvarın 21-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDB üzvü olan ölkələrin səfirləri ilə ənənəvi işçi naharı formatında görüşüb. Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak edib.
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilir ki, görüşdə Birlik məkanında vəziyyət, MDB formatında əsas əməkdaşlıq aspektləri, inteqrasiya proseslərinin inkişaf perspektivləri, gündəmdə olan beynəlxalq aktual məsələlər üzrə səmimi və ətraflı fikir mübadiləsi aparılıb.
AzərTac.az