Rusiyalı politoloq: “Xocalı soyqırımı tanınmayana qədər insanlıq əleyhinə cinayətlərin qarşısını almaq mümkün olmayacaq”

Posted by

”Martın 6-da mən Xocalı soyqırımının tanınması ilə bağlı Rusiya parlamentinə petisiya təşəbbüsü irəli sürmüşəm”.

APA-nın məlumatına görə, bu sözləri ”Dağlıq Qarabağ münaqişəsi, özəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu” mövzusunda Bakıda keçirilən konfransda iştirak edən rusiyalı politoloq Oleq Kuznetsov deyib.

O. Kuznetsov bildirib ki, petisiyanın ünvanı Dövlət Dumasının deputatları və Federasiya Şurasıdır: “Erməni separatçıları tərəfindən Xocalıda törədilmiş soyqırım terrorizm cinayəti və insanlıq əleyhinə cinayətdir. Artıq bu petisiyanın qəbul edilməsi mənim səlahiyyətimdə deyil. Lakin düşünürəm ki, bu məsələni qaldırmaq lazım idi. İyirminci əsrin sonunda bu cür vəhşi cinayətlə bağlı bu petisiyanın qaldırılması vacibdir. Xocalıda törədilmiş cinayətlər bu gün Suriya və İraqda da törədilir. Ona görə də ən birinci səbəb aradan qaldırılmayana, yəni Xocalı soyqırımı tanınmayana qədər bu cür cinayətlərin qarşısını almaq mümkün olmayacaq. Məhz buna görə də mən təkcə azərbaycanlıları yox, bütün bəşəriyyəti bu petisiyanı dəstəkləməyə çağırıram. Terrorizmin məhv edilməsini dəstəkləyən bütün insanlar bu petisiyaya dəstək verməlidirlər”.

Apa.az