Rusiya XİN: Martın 7-də Kiyevdə MDB xarici işlər nazirlərinin iclasının keçirilməsi texniki cəhətdən mümkün deyil

Posted by

Martın 7-də Kiyevdə MDB xarici işlər nazirlərinin (XİNŞ) iclasının keçirilməsi texniki cəhətdən mümkün deyil.

Bu barədə cümə axşamı jurnalistlərə Rusiyanın xarici işlər nazirinin müavini Vasili Nebenzya bildirib. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS xəbər yayıb:

“Sabah toplaşmaq texniki cəhətdən mümkün deyil. Təkcə bizim nazirin yox, MDB-dən olan bir çox başqa həmkarların da öz planları var, amma biz dialoqdan imtina etmirik”.

Diplomatın sözlərinə görə, martın 7-də Kiyevdə növbədənkənar iclas çağırmaq barədə Ukrayna tərəfi təklif irəli sürüb: “Təklif MDB katibliyi, icraçı katib Sergey Lebedev vasitəsilə təklif edilib”.

Lakin Nebenzya ukraynanılılar da daxil olmaqla MDB-dən olan tərəfdaşlarla aprelin 4-də Moskvada keçiriləcək MDB XİNŞ-in müntəzəm iclasına qədər görüşlərinin baş tutacağını istisna etməyib: “Aprelin 4-də Moskvada MDB XİNS-in müntəzəm iclası keçiriləcək. İstisna etmirəm ki, buna qədər biz hansısa formada ukraynalılar da daxil olmaqla MDB-də olan tərəfdaşlarımızla görüşəcəyik”.

O, həmçinin bildirib ki, Ukrayna hələlik MDB-dəki sədrliyindən imtina etməyib.

Onun sözlərinə görə, bu günlərdə Ukraynanın Moskvadakı səfiri Vladimir Yelçenko ilə görüş zamanı “Ukrayna MDB-dəki sədrliyindən imtina etməməsi və sədrlik edəcəyini” müzakirə ediblər.

Trend.az