Rusiya və Azərbaycan coğrafiya cəmiyyətləri saziş imzaladılar
Rusiya Coğrafiya Cəmiyyətinin (RCC) prezidenti, müdafiə naziri Sergey Şoqru 10 ölkənin – Azərbaycan, Türkiyə, Belarus, İspaniya, İtaliya, Qırğızıstan, Çin, Serbiya, Çexiya və Ermənistanın coğrafiya cəmiyyətləri, o cümlədən Moskva vilayəti və Xakasiya Muxtar Respublikası ilə əməkdaşlığa dair saziş imzalayıb.
Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, saziş Moskvada açılan I RCC festivalında imzalanıb.
Ölkələrin nümayəndələri imzalanmış sənədlər çərçivəsində plan və fəaliyyəti “Dünyanın coğrafiya cəmiyyətləri: əməkdaşlıq perspektivləri” mövzusunda noyabrın 1-də keçiriləcək “dəyirmi masa”da müzakirə edəcəklər.
Trend/az