Rumıniya XİN-də son 8 gündə 2 istefa

Posted by

Rumıniya XİN-də son 8 gündə 2 istefaRumıniya XİN-də son 8 gündə 2 istefa

Rumıniya XİN-də son 8 gündə 2 istefa

Ötən həftə Rumıniyanın xarici işlər naziri təyin olunmuş Teodor Meleskanu istefaya getmək niyyətindədir.

 

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, buna səbəb xaricdə yaşayan Rumıniya vətəndaşlarının noyabrın 16-da keçirilmiş prezident seçkilərinin ikinci turunda səs verə bilməmələri olub.

 

T.Meleskanu bu axşam hökumətin iclasında istefasını elan etmək niyyətindədir. Ondan öncə bu vəzifəni icra etmiş Titus Korlaten isə noyabrın 10-da istefa vermişdi.

 

Prezident seçkilərinin II turunun nəticəsinə əsasən, Sibiu şəhərinin meri Klaus Yohannis səslərin 54 faizini toplayaraq qalib gəlib.

 

Trend.az