“Rəsmi Yerevanın bütün fəaliyyəti Dağlıq Qarabağda işğalçılığın davamı perspektivini yaratmağa yönəlib”

Posted by

"Rəsmi Yerevanın bütün fəaliyyəti Dağlıq Qarabağda işğalçılığın davamı perspektivini yaratmağa yönəlib"“Rəsmi Yerevanın bütün fəaliyyəti Dağlıq Qarabağda işğalçılığın davamı perspektivini yaratmağa yönəlib”

"Rəsmi Yerevanın bütün fəaliyyəti Dağlıq Qarabağda işğalçılığın davamı perspektivini yaratmağa yönəlib"

Ermənistan Dağlıq Qarabağ münaqişəsini sülh danışıqları vasitəsilə tənzimləməyə hazır olduğunu dəfələrlə bəyan etsə də, atdığı addımlar bunun tam tərsini deyir. Trend xəbər verir ki, bunu “Qarabağ saatı”nda Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

 

Politoloq qeyd edib ki, rəsmi Yerevanın yeganə məşğuliyyəti Azərbaycan torpaqlarını işğalda saxlamaq üçün əlavə resurslar yaratmaq və tapmaqdan ibarətdir: “Bu, Ermənistanın ümumi siyasi prioriteti olub və indi də davam edir. İki istiqamət xüsusi gözə çarpır: Bunlardan birincisi işğalçı ordunun fiziki və ya hərbi texniki parametrləri ilə əlaqəlidir: Bu istiqamətdə bir neçə proses baş verir: a) Ermənistan 18 yaşına çatmış qızları icbari qaydada orduya çağırmaq haqda qanun qəbul etməyə hazırlaşır. b) Xüsusi istedadı ilə bağlı hərbi xidmətdən möhlət hüququnun ləğvi. Bu qayda üzrə hərbi xidmətdən kənarda qalan tələbə, magistr və aspirantların sayi iki min nəfərdir. c) Hərbi-texniki parametrlərilə bağlı üçüncü vacib proses Ermənistan ordusunun hərbi təlimlərə yenidən başlamasıdır. Azərbaycan ordusunun artan gücü hərbi təlimləri erməni ordusuna yasaq etmişdi”.

 

M.Əhmədoğlunun sözlərinə görə, birgə hərbi təlimin rəqəmləri də siyasi baxımdan çox maraqlıdır:

 

“- Silahların göstərilən miqdarı Avropada Adi Silahların Məhdudlaşdırılması üzrə Cinah Müqaviləsində yol verilən normadan bir neçə dəfə çoxdur. Azərbaycanın silahlanmasına, RF-dən silah almasına görə Ermənistan dəfələrlə bu müqavilənin tələblərinin Azərbaycan tərəfdən pozulması adı ilə ən azı 10 dəfə rəsmi şikayət edib. Hərbi təlimdə istifadə olunan silahların miqdarı Ermənistan beynəlxalq müqavilələrə necə riayət etməsinin ən bariz sübutudur.

 

– Birgə hərbi təlimə cəmi 47 min hərbçi cəlb edilə bilib. Qoca-qarını nəzərə almasaq, bu rəqəm ermənilərin hərbçilərinin maksimal sayıdır. Qarabağ hərbçilərinin sayı təhlil üçün daha maraqlıdır”.

 

Politoloq hesab edir ki, rəsmi Yerevanın işğalçılıq perspektivliyi yaratmasında ikinci istiqaməti islam terrorçuluğu mövzusunu aktivləşdirməsidir: “Guya Azərbaycan radikal islamçılarla əlaqəlidir. Rəsmi Bakı şüurlu şəkildə bir qrup Azərbaycan vətəndaşını Suriyaya döyüşmək üçün göndərir. Döyüş təcrübəsi toplamış həmin vətəndaşlarını lazım olan vaxtda Dağlıq Qarabağdakı müharibəyə cəlb edəcəkdir. Bu fikir Ermənistanın ictimai-siyasi mühitində həmişə olub. Amma rəsmilər bu mövzudan kənarda dayanırdılar. Birdən-birə Ermənistanın müdafiə naziri S.Ohanyan bu mövzuya müdaxilə etdi. Bununla da rəsmi Yerevanın Azərbaycanın adının radikal islamçılarla əlaqədə olmada hallandırmasında maraqlı olduğunu nümayiş etdirdi. Az keçmiş Ermənistanın xarici işlər naziri E.Nalbandyan bu mövzuya qatıldı. Ermənistan hakimiyyətinin iki strateji nazirinin Azərbaycanın adını radikal islamçılarla hallandırması adi məsələ hesab edilə bilməz”.

 

M.Əhmədoğlu qeyd edib ki, son vaxtlar hətta teoloqları da bu məsələyə qoşublar: “Teoloqlar Ermənistanın hər an türkdilli islamçılardan təhlükə gözləməyə hazır olmalarını təlqin edirlər. Rəsmi Yerevan Azərbaycanın radikal islamçılarla əlaqəsini xarici siyasət konsepsiyasına çevirib əlavə vəsait cəlb etmək niyyətindədir. Çünki Ermənistana hal-hazırda xaricdən demək olar ki, heç bir vəsait daxil olmur, dövlətin iqtisadi parametrləri azalmaq istiqamətindədir. Xarici borc və xarici borca xidmət vəsaitləri artan istiqamətdədir. Nədənsə Rəsmi Yerevan Dağlıq Qarabağ münaqişəsini tənzimlənmiş variantda təsəvvür etmək istəmir. Dağlıq Qarabağ münaqişəsi olmayacaqsa 18 yaşlı qızlarının orduya çağırılmasına da ehtiyac qalmayacaq. Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həllinə razılıq verəcəyi təqdirdə iqtisadi parametrləri də irəliləyəcək. Həm əhalidə passionarlıq yaranacaq, həm də Azərbaycanın investisiyaları kömək edəcək. Ona görə Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində işğalçılığın uzadılması istiqamətindəki fəaliyyətini dayandırmalı, dinc yolla Azərbaycanın torpaqlarını qaytarmaq barədə düşünməlidir”.

 

Trend.az