Rəsmi Bakı Xəzər dənizində üç ölkənin birgə hərbi təlimlər keçirəcəyi xəbərinə aydınlıq gətirdi

Posted by

Rəsmi Bakı Xəzər dənizində üç ölkənin birgə hərbi təlimlər keçirəcəyi xəbərinə aydınlıq gətirdiRəsmi Bakı Xəzər dənizində üç ölkənin birgə hərbi təlimlər keçirəcəyi xəbərinə aydınlıq gətirdi

Rəsmi Bakı Xəzər dənizində üç ölkənin birgə hərbi təlimlər keçirəcəyi xəbərinə aydınlıq gətirdi

2014-cü ilin sentyabr ayında Xəzəryanı ölkələrin dövlət başçılarının Həştərxan sammitində Azərbaycan Respublikası və Rusiya Federasiyası prezidentləri arasında əldə olunan razılığa, o cümlədən 2014-cü ilin oktyabr ayında Bakıda Azərbaycan və Rusiya müdafiə nazirlərinin imzaladıqları 2015-ci il üçün Əməkdaşlıq Planına əsasən, Azərbaycan Hərbi-Dəniz Qüvvələri (HDQ) gəmilərinin bu il Xəzər dənizində keçiriləcəyi planlaşdırılan təlimlərdə iştirakı gözlənilir.

 

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq açıqlayıblar.

 

Nazirlik bildirir ki, hərbi-dəniz təlimlərində axtarış, xilasetmə, qaçaqmalçılıq halları ilə mübarizə fəaliyyətlərinin icrası və digər humanitar məsələlər üzrə tapşırıqların yerinə yetirilməsi planlaşdırılır.

 

Həmçinin, Trend-in Qazaxıstanın “Novosti-Kazaxstan” agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəisi polkovnik İqor Qorbul bildirib ki, 2015-ci ildə Rusiyanın Xəzər gəmi dəstəsinin dənizçiləri Azərbaycan və Qazaxıstanın iştirakı ilə birgə ilk dəfə Xəzəryanı dövlətlərin hərbi-dəniz qüvvələrinin üçtərəfli beynəlxalq hərbi-dəniz təlimlərində iştirak edəcəklər: “2015-ci ildə Xəzər gəmi dəstəsi Xəzəryanı dövlətlər arasında planlaşdırılmış beynəlxalq hərbi əməkdaşlıq tədbirləri çərçivəsində Qazaxıstan və Azərbaycan respublikalarının HDQ-ləri ilə birgə beynəlxalq təlimdə iştirak edəcək”.

 

Xəzəryanı dövlətlərin HDQ-lərinin ilk üçtərəfli birgə təlimi 2015-ci ilin iyun-iyul aylarında Xəzər dənizinin mərkəzi hissəsində keçiriləcək. Təlimlərdə Rusiyanı “Mahaçqala”, “Sviyajsk Qrad” və “Uqliç” artilleriya və iki kiçik raket gəmisi ilə Hərbi Dəniz Donanmasının Xəzər gəmi dəstəsinin yeni gəmilərindən ibarət dəstə təmsil edəcək. Döyüş tapşırıqlarından başqa, gəmilərin ekipajı yaşamaq uğrunda mübarizə üzrə axtarış-xilasetmə və fəlakətə uğrayan gəmiynə yardımla bağlı təlim keçəcəklər.

 

Trend.az