Riyad əl-Maliki: Azərbaycanın Fələstinə verdiyi dəstəyi yüksək qiymətləndiririk

Posted by

Riyad əl-Maliki: Azərbaycanın Fələstinə verdiyi dəstəyi yüksək qiymətləndiririkRiyad əl-Maliki: Azərbaycanın Fələstinə verdiyi dəstəyi yüksək qiymətləndiririk

Riyad əl-Maliki: Azərbaycanın Fələstinə verdiyi dəstəyi yüksək qiymətləndiririk

Azərbaycanın Fələstinə verdiyi dəstəyi və göstərdiyi yardımı yüksək qiymətləndiririk, buna görə minnətdarıq. Biz Azərbaycan ilə müxtəlif sahələrdə əlaqələrin inkişafına böyük önəm veririk.

AzərTAc xəbər verir ki, bu sözləri Fələstinin xarici işlər naziri Riyad əl-Maliki oktyabrın 15-də Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşündə söyləyib.

Fələstinin Azərbaycanın dəstəyini hər zaman hiss etdiyini deyən nazir Bakıya səfəri zamanı müxtəlif sahələrdə ikitərəfli əlaqələrin genişləndirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığını bildirib.

Oqtay Əsədov Azərbaycan və Fələstin arasında ənənəvi dostluq əlaqələrinin mövcud olduğunu deyib. Milli Məclisin sədri Azərbaycanın beynəlxalq təşkilatlarda Fələstini hər zaman dəstəklədiyini, bu dəstəyin davam edəcəyini söyləyib. Sədr humanitar və sosial sahələrdə əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdırıb, bu istiqamətdə işlərin görüləcəyinə əminliyini bildirib. Oqtay Əsədov, həmçinin vurğulayıb ki, Azərbaycan və Fələstin Xarici İşlər nazirlikləri arasında oktyabrın 15-də imzalanmış Anlaşma Memorandumu əməkdaşlığın dərinləşməsinə töhfə verəcək.

 

AzərTac.az