Şərif Əsədullayev: Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində ABŞ-ın tövsiyələrini yerinə yetirir

Posted by

Şərif Əsədullayev: Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində ABŞ-ın tövsiyələrini yerinə yetirirŞərif Əsədullayev: Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində ABŞ-ın tövsiyələrini yerinə yetirir

Şərif Əsədullayev: Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində ABŞ-ın tövsiyələrini yerinə yetirir

“Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində ABŞ Dövlət Departamentinin 8 tövsiyəsi icra olunmaq üzrədir”. Trend xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Şərif Əsədullayev bu gün ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və ATƏT-in Bakı Layihə Əlaqələndiricisi arasında Azərbaycanda insan alveri ilə mübarizə sahəsində əməkdaşlıq etmək və bu mübarizəni dəstəkləmək məqsədi ilə Bəyannamənin imzalanması mərasimində bildirib.

 

Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində qanun, qərar və sərəncam qəbul edildiyini qeyd edən İdarə rəisinin sözlərinə görə, ölkədə bu sahəsində ATƏT və digər beynəlxalq təşkilatların tövsiyələrinə diqqətlə yanaşılır.

 

Ş.Əsədullayev qeyd edib ki, insan alverinə qarşı mübarizə sahəsində hazırda üçüncü Milli Fəaliyyət Planı həyata keçirilir. Milli Fəaliyyət Planının həyata keçirilməsinə dövlət qurumları ilə yanaşı, 45 qeyri-hökumət təşkilatı da cəlb olunub.

 

Trend.az