RF XİN: Minsk qrupu yüksək səviyyədə Azərbaycan-Ermənistan təmaslarının dirçəldilməsi ilə bağlı prinsipial razılaşmaya nail olub

Posted by

ATƏT-in Minsk qrupu yüksək səviyyədə Azərbaycan-Ermənistan təmaslarının dirçəldilməsi ilə bağlı prinsipial razılaşmaya nail olub. Trend-in məlumatına görə, bu barədə 2013-cü ildə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında XİN-in fəaliyyətinin nəticələri, əsas istiqamətləri və ortamüddətli perspektivdəki vəzifələri haqqında dərc olunmuş məruzədə deyilir.

Məruzədə bildirilir: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələri (Rusiya, Fransa, və ABŞ) sıx qarşılıqlı fəaliyyət göstəriblər. Birgə səylər sayəsində yüksək səviyyədə Azərbaycan-Ermənistan təmaslarının dirçəldilməsi ilə bağlı prinsipial razılaşma əldə olunub”.

Qeyd olunur ki, Rusiya Federasiyası MDB məkanındakı münaqişələrin siyasi-diplomatik yolla nizamlanmasında fəal rol oynamaqda davam edəcək, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədri olan digər ölkələrlə qarşılıqlı fəaliyyət göstərərək Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcək.

Sənəddə deyilir ki, nazirliyin Qafqaz regionunda işinin əsas istiqaməti regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsinə yardım etmək olaraq qalır.

Trend.az