Ərdoğan: Dindən siyasi məqsədlər üçün istifadə yolverilməzdir

Posted by

Ərdoğan: Dindən siyasi məqsədlər üçün istifadə yolverilməzdirƏrdoğan: Dindən siyasi məqsədlər üçün istifadə yolverilməzdir

Ərdoğan: Dindən siyasi məqsədlər üçün istifadə yolverilməzdir

Dindən siyasi məqsədlər üçün istifadə etmək yolverilməzdir. Trend-in “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

Onun sözlərinə görə, Türkiyənin iqtisadi geriliyində həmişə İslam dinini təqsirli bilirlər, lakin İslam inkişaf və elmin tərəfdarıdır.

 

R.T.Ərdoğan bir sıra müsəlman ölkələrində baş verən hadisələrdən təəssüfləndiyini də ifadə edib.

 

Prezident “dini xalq üçün tiryəkdir” ifadəsi ilə razı olmadığını bildirib: “Siyasi və iqtisadi sahələrdə Türkiyəyə əksər hücumlar onun müsəlman ölkəsi olması ilə əlaqədardır. Heç kəs Türkiyənin inkişafının qarşısını ala bilməz”.

 

Trend.az