Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə zəng edib

Posted by

Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə zəng edibRəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə zəng edib

Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə zəng edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

 

APA-nın xəbərinə görə, Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Ərdoğan prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona ali dövləti fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

 

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.

 

Telefon söhbəti zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin bundan sonra daha da möhkəmləndiriləcəyi əminliklə qeyd edilib.

 

Apa.az