İranın Azərbaycandakı səfiri: “İranda azərbaycanlıların kompakt yaşadığı ərazilərdəki təhsil müəssisələrində Azərbaycan dili tədris olunur”

Posted by

“İranda azərbaycanlıların kompakt yaşadığı ərazilərdəki ali və orta təhsil müəssisələrində Azərbaycan dili tədris olunur və bu, bizim Konstitusiyamızın müddəasında da əks olunub”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib.

Onun sözlərinə görə, prezident Həsən Ruhaninin siyasəti də ondan ibarətdir ki, etnik xalqların mədəniyyəti inkişaf etsin: “Biz gələcəkdə İranın etnik xalqlarının, o cümlədən azərbaycanlıların da İranın dövlət quruculuğunda iştirakının şahidi olacağıq”.

Qeyd edək ki, bu yaxınlarda İran mətbuatında azərbaycanlıların sıx yaşadığı ərazilərdə Azərbaycan məktəblərinin açılacağı barədə məlumatlar yayılıb. İSNA-nın yaydığı xəbərə görə, İranın mədəniyyət naziri Əli Cənnəti etnik xalqların öz dillərində təhsil alması təşəbbüsünü dəstəkləyib. O, məsələnin İran Konstitusiyasının 15-ci maddəsinə uyğunlaşdırılmasının vacibliyini bildirib. Həmin maddəsinə əsasən, İranın rəsmi dili fars dilidir və ölkədə yaşayan digər xalqların dilinin fars dili ilə birgə mediada və təhsildə istifadə edilməsinə icazə verilir

Apa.az