İranla “altılıq” ölkələri arasında növbəti nüvə danışıqları mayın 9-da Nyu-Yorkda keçiriləcək

Posted by

İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində növbəti nüvə müzakirələri mayın 9-da Nyu-Yorkda keçiriləcək.

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini Seyid Abbas Əraqçı deyib.

Onun sözlərinə görə, İran nümayəndə heyətinə İran Xarici İşlər Nazirliyinin beynəlxalq və siyasi məsələlər idarəsinin müdiri Həmid Bəidinejad rəhbərlik edəcək.

A.Əraqçı həmçinin deyib ki, İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri mayın 13-də Vyanada keçiriləcək: “Bu danışıqlar İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin rəhbərliyi altında baş tutacaq. Bu müzakirələrdə çox mürəkkəb və çətin olan yekun nüvə razılaşmasının mətni hazırlanacaq. Hazırda İran nümayəndə heyəti “altılıq” ölkələri ilə yekun razılaşmanın mətnini hazırlamaqla məşğuldur”.

Nazir müavini deyib ki, İran hökuməti müzakirələri davam etdirməkdə qərarlıdır: “İranın nüvə sahəsində ehtiyac duyduğu texnologiya və elmə qovuşub. Hazırda nüvə enerjisi texnologiyasına sahib bir ölkə olaraq danışıqlar masası arxasında oturub. İranın nüvə hüququ qorunacaq”.

Apa.az