İranla “altılıq” ölkələri arasında növbəti ekspert müzakirələri ABŞ-da keçiriləcək

Posted by

İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində növbəti nüvə müzakirələri ABŞ-da keçiriləcək.

APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, tərəflər arasında danışıqlar 2013-cü il noyabrın 24-də Cenevrədə əldə olunmuş nüvə razılaşmasına uyğun olaraq Birgə Fəaliyyət Proqramındakı yekun addımlarla bağlı fikir mübadiləsi aparmaq üçün mayın 5-9-da Nyu-Yorkda baş tutacaq.

Danışıqlarda İran nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin beynəlxalq və siyasi məsələlər idarəsinin müdiri Həmid Bəidinejad rəhbərlik edəcək.

Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri yekun nüvə razılaşmasının mətninin hazırlanması məqsədilə mayın 13-də Vyanada keçiriləcək. Bu danışıqlar Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton və İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin rəhbərliyi altında baş tutacaq.

Apa.az