İran xarici siyasətində qonşu dövlətlərlə, xüsusilə Azərbaycan ilə münasibətlərə xüsusi önəm verir

Posted by

İran xarici siyasətində qonşu dövlətlərlə, xüsusilə Azərbaycan ilə münasibətlərə xüsusi önəm verir

İran xarici siyasətində qonşu dövlətlərlə, xüsusilə Azərbaycan ilə münasibətlərə xüsusi önəm verir

İran xarici siyasətində qonşu dövlətlərlə, xüsusilə Azərbaycan ilə münasibətlərə xüsusi önəm verir

İran İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov iyunun 18-də bu ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri ilə görüşmüşdür.

İshaq Cahangiri demişdir ki, İran öz xarici siyasətində qonşu dövlətlərlə, xüsusilə Azərbaycan ilə münasibətlərə xüsusi önəm verir.

Qeyd etmişdir ki, iki ölkə arasında mədəni, tarixi və dini dəyərlər mövcuddur və bu dəyərlər dövlətlərin qardaşlıq əlaqələrinin daha da genişlənməsinə yol açır.

İranın birinci vitse-prezidenti bildirmişdir ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin yüksəldilməsi üçün zəruri addımlar atılmalıdır.

Azərbaycan Prezidentinin İrana səfərinə toxunan birinci vitse-prezident qeyd etmişdir ki, səfər zamanı iki dövlət arasında çox faydalı sənədlər imzalanmışdır. Azərbaycan və İran prezidentlərinin apardıqları müzakirələr əlaqələrin dərinləşməsinə böyük imkan yaratmışdır. Bu səfər rəsmi Tehran ilə Bakı arasındakı münasibətlərdə yeni səhifə açmışdır.

Ə.Abbasov İranın Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı mövqeyinə görə minnətdarlığını bildirmişdir. Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən nazir demişdir ki, məsələnin sülh yolu ilə həll olunması üçün fəaliyyət göstərən vasitəçilərin missiyası hələ ki, heç bir nəticə verməmişdir.

İranda keçirdiyi görüşlərdən və apardığı danışıqlardan məmnun qaldığını vurğulayan Ə.Abbasov demişdir ki, rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində özəl sektorun təmsilçiləri də vardır və onlar iranlı həmkarları ilə iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını araşdırırlar.

Nazir qeyd etmişdir ki, yaxın vaxtlarda Bakıda Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlətlərarası müştərək komissiyanın iclası keçiriləcəkdir və bu iclasda ticarət dövriyyəsinin artırılması məsələsinə baxılacaqdır.

 

AzərTac.az