İran prezidentinin Azərbaycana rəsmi səfəri başlayıb
İran İslam Respublikasının prezidenti Həsən Ruhani Azərbaycana rəsmi səfərə gəlib.
APA-nın məlumatına görə, H. Ruhanini H. Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan baş nazirinin 1-ci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıb.
Səfər çərçivəsində İran prezidentinin Azərbaycan prezidenti İlham Əliyev və digər rəsmi şəxslərlə görüşü, ikitərəfli əməkdaşlığa dair bir neçə sənədin imzalanması gözlənilir.
Apa.az