İran Prezidenti Həsən Ruhani Azərbaycan nümayəndə heyətini qəbul etmişdir

Posted by

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti Tehranda səfərdədir.

İran Prezidenti Həsən Ruhani Azərbaycan nümayəndə heyətini qəbul etmişdir.

Azərbaycan ilə İran arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu ifadə edən İran dövlətinin başçısı demişdir ki, onun ölkəsi qonşu dövlətlər, o cümlədən Azərbaycan ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir.

Nazir Kəmaləddin Heydərov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını İran dövlətinin başçısına çatdırmış, prezidentlərin səylərinin ölkələrimiz arasında iqtisadi və mədəni əlaqələrin gücləndirilməsinə töhfə verdiyini demişdir.

Görüşdə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov iştirak etmişdir.

AzərTac.az